access_time Dərc olunub: 09:05
Bakıda 52 yaşlı kişi özünü asdı

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində intihar hadisəsi baş verib.



"Report" xəbər verir ki, 1975-ci il təvəllüdlü Hacıyev Zaur yaşadığı evdə özünü asıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb.

Şərhlər