access_time Dərc olunub: 11:57
Azərbaycanlı İŞİD-çilərə hökm oxundu - 75 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əzizov 14 il, N.Quliyev 11 il 6 ay, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, Ə.Şamxalov 2 il 6 ay, E.Mirzəbəyov 7 il, R.Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində müəyyən edilib ki, E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalov 2013-2015-ci illərdə müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətlərində iştirak ediblər. (Trend)

Şərhlər