access_time Dərc olunub: 11:55
4 yaşlı oğlan qardaşını güllələdi

Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib.


Astara rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb. 


Kənd sakini 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub. 


Yaralı uşaq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər