access_time Dərc olunub: 11:07
Bakıda ana doğuşdan öncə öldü

Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.


Report-un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər