access_time Dərc olunub: 10:23
Dam örtüyünü qardan təmizləyərkən yıxılıb öldü

Bakıda dam örtüyünü qardan təmizləyərkən yıxılan şəxs ölüb.


"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, fevralın 6-da Zabrat qəsəbəsində "Parnik" kimi tanınan ərazidə yerləşən evlərin birində yaşayan 1949-cu il təvəllüdlü Quliyev Haqverdi Hüseyn oğlu evin dam örtüyünün üzərinə çıxaraq təmizlik işi aparmaq istəyib. Onun ayağı sürüşərək yerə yıxılıb. H.Quliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən H.Quliyev bu gün dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər