access_time Dərc olunub: 09:54
Tanınmış psixoloqun intihar səbəbi bilindi

Psixoloqun intiharı ilə bağlı yeni məlumatlar əldə olunub.


Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, D.Rzayev yataq otağından eyvana çıxan qapının tinində kəmərlə özünü asıb. Hadisə baş vermən mənzildə onun intihardan öncə yazdığı məktub tapılıb.

O, məktubda intiharının səbəbini göstərib.

D.Rzayev yazıb ki, onurğa yırtığının ağrılarına daha dözə bilmir. "Hamınız məni bağışlayın" yazaraq məktubu yekunlaşdırıb.

Verilən məlumata görə, psixoloq ailəsindən ayrıldığı üçün son günlər tək yaşayıb. Belə ehtimal olunur ki, o, dərin depressiyada olub və məhz bu vəziyyət onu intihara məcbur edib. 

Şərhlər