access_time Dərc olunub: 13:22
Nərimanovda ölümlə nəticələnən qəza olub

Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər