access_time Dərc olunub: 12:42
Gömrükdə pirotexniki vasitələr tutuldu

Rusiyadan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.


DGK-nın mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər