access_time Dərc olunub: 16:08
Yalançı “İŞİD”çiyə - 11 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “İŞİD”çi kimi təqdim edərək 8 yaşlı uşağı qaçırıb atasından pul tələb etməkdə təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


TİA.AZ-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 9-da Sabunçu rayonunun Şuşa şəhərciyində baş verib. E.Məmmədov 8 yaşlı Hüseyni futbol öyrətmək, top hədiyyə vermək adı ilə aldadaraq evlərindən uzaqlaşdırıb, sahibsiz 3 mərtəbəli tikilidə əlini, ayaqlarını və ağzını bağlayaraq saxlamışdı. O, Hüseynin atası Elnur Ramazanovdan uşağın qaytarılması müqabilində 30 min manat istəmişdi. 8 yaşlı Hüseyn isə həmyaşıdı olan dostu vasitəsilə babası tərəfindən həmin tikilidə tapılmışdı. 

Şərhlər