access_time Dərc olunub: 19:47
Qaradağ Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Oktyabrın 16-da Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 oktyabr 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Yığıncaqdan öncə tədbirdə iştirak edən rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 oktyabr 2017-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirdi.

Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

 Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.

Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı daha sonra bildirdi ki, proqram xarakterli çıxış nitqində cənab Prezident bu ilin 9 ayında 2017-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu, neftin qiymətinin düşməsi nəticəsində dövlət investisiyalarının azaldığını, tikinti sektoruna az sərmayə qoyulduğunu, sənayenin qeyri-neft sektorunun 2,5 %, kənd təsərrüfatının 2,8 % artdığını, eyni zamanda bütün sosial layihələrin icra edildiyini qeyd etmişdir. Bildirmişdir ki, 9 ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar səviy-yəsində artaraq, 42 milyard dollar səviyyəsinə çatmış, xarici ticarət dövriyyəsi isə 7 faiz artmışdır. Ötən dövr ərzində 226 min yeni iş yeri yaradılmışdır.

Qaradağ rayonunun sosial-iqtisadi həyatında 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.

Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-sentyabr aylarında 685 mln 503 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 42,2 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 56 mln 227 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln 802 min manat həcmində xidmət göstərilmişdir.

Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 202 mln 125 min manatlıq istehlak malları satılmışdır  ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artım deməkdir.

Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov xüsusi ilə vurğulamışdır ki, cari ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir.

Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkün-lərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 may  2017-ci il tarixində Qaradağ rayonunda SOCAR-ın “Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, 6 sentyabr 2017-ci il tarixində isə Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirakı hesabat dövrünün ən yadda qalan hadisələrindən olmuşdur.

Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial-iqtisadi inkişafını təhlil etmiş, hər sahədə əldə olunan uğurlar, qarşıda duran vəzifələr haqqında geniş hesabat nitqi ilə çıxış etmişdir.
Məruzə ətrafında rayon İcra hakimiyyəti Başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Rövşən Səməd-zadə, .“RR- Şirkətlər Qrupu” təsisçisi – Rafiq Qarayev çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndirmiş, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətini qənaətbəxş hesab etməyi təklif etmişdir.

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da məruzə ilə çıxış etmiş, respublikanın ictimai siyasi vəziyyətini geniş təhlil etmişdir. Əldə olunmuş uğurlara nəzər salaraq, aparılan düzgün siyasətin nəticəsinin olduğunu xüsusi ilə vurğulamışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.

Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Məhəmməd oğlu Babayevə təqdim olundu.
TİA.AZ


 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort