access_time Dərc olunub: 12:08
Abşeronda baba və nəvəni maşın vurdu

Abşeronda baba və nəvəni maşın vurub.


Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər