access_time Dərc olunub: 13:48
"Nigar o sözü təhqir etmək üçün deməyib" — AÇIQLAMA


Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın yol polisi haqqında işlətdiyi ifadələrə münasibət bildirib.




K.Əliyev "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində N.Camalın polisi təhqir etmək fikrinin olmadığını söyləyib:

"Nigar Camal polis haqqında müəyyən kobud ifadələr işlədib. Sözsüz ki, o rusdilli xanımdır, bir az da ingilis dili təhsili var. Özü də etiraf edir ki, o sözü təhqir etmək məqsədi ilə deməyib. Həmin söz Nigar xanımın tərcüməni düzgün etməməsi səbəbindən yazılıb". 


Qeyd edək ki, N.Camal sosial şəbəkədə yazdığı statusda "DYP - axır zamanlar çox qudurublar" ifadəsini yazmışdı.

Şərhlər