access_time Dərc olunub: 17:38
İslamiadada 51-ci qızıl medalımız boksdan gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.


60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər