access_time Dərc olunub: 15:49
ALMANLAR ÜÇÜN DİN ƏHƏMİYYƏTSİZDİR


TİA.AZ Türkiyənin “Cumhuriyyət” saytına istinadən bildirir ki, almanların böyük əksəriyyəti üçün din və inancın heç bir əhəmiyyəti yoxdur.


 Ölkənin dövlət kanalı olan ARD -ın apardığı Almaniyanın Trendi adlı (DeutschlandTrend) araşdırmaya görə, xalqın 63%-nin fikrincə din və inancın əhəmiyyəti həyatlarında qətiyyəti göstərmir.

Araşdırmaya qatılanların 27% -i "dinin heç bir əhəmiyyəti yox" deyərkən, iştirakçıların 36 %-i isə "dinin təsirinin çox az" olduğunu qeyd edir. İnancın özləri baxımından "əhəmiyyətli" olduğunu müdafiə edənlərin nisbəti 29 % olarkən, "çox vacib" deyənlər 8 % səviyyəsindədir.

Araşdırmaya görə, Almaniyada qadın və kişilər üçün inancın və dinin əhəmiyyətində də fərqlilik göstəricisi var. Belə ki, qadınlar 46%-i "inancın özləri baxımından əhəmiyyətli olduğunu" qeyd edərkən, kişilərdə bu nisbət 28 % səviyyəsində qalır. Almaniyanın şərqi ilə qərbi arasında da din və inanc baxımından fərq var. Dinin vacib olduğunu deyənlərin nisbəti qərbdə 41, şərqdə isə 21% səviyyəsindədir.


İlahə

Şərhlər