access_time Dərc olunub: 18:10
İsrail məxfi sənədləri yaydı: ərəblərin biabırçı məğlubiyyəti

İsrail hökuməti 1967-ci ildəki altı günlük müharibə ilə bağlı 150 min siyasi sənədi ictimailəşdirib.


TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Dövlət Arxivinin əməkdaşı Yakov Lazovik söyləyib. O, ictimailəşdirilən sənədlər arasında hökumət iclaslarının protokollarının, dövlət nümayəndələrinin şəxsi arxivlərindəki fraqmentlər və fotoların olduğunu bildirib.

Qeyd edək ki, altı günlük müharibə 1967-ci ilin 5-10 iyun tarixlərində olub. Müharibə nəticəsində İsrail İordaniyadan Şərqi Qüdsü, Misirdən Sinay yarımadasını və Qəzza sektorunu, Suriyadan isə Qolan təpələrini almağı bacarıb.

İsrail indiyə qədər Şərqi Qüds və Qolan təpələrini öz nəzarəti altında saxlayır.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort