access_time Dərc olunub: 11:10
Tramp tələbələrə uduzdu - 25 milyon ödəyəcək

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Universitetinin fəaliyyəti ilə bağlı məhkəmə çəkişmələrini aradan qaldırmaq üçün 25 milyon dollar ödəməyə razılıq verib.


TİA.AZ AzVision.az-a istinadən xəbər verir.

Qeyd edək ki, Kaliforniya və Nyu-Yorkda yerləşən təhsil müəssisəsinin üç sabiq tələbəsi Trampı məhkəməyə verərək onu fırıldaqçılıqda ittiham edib. Onların sözlərinə görə, hər biri “yüksək ixtisaslı müəllimlərdən daşınmaz əmlak sahəsində sirlərə dair” kurslarda iştirak etmək üçün 35 min dollar ödəyib. Nəticə onları qane etməyib. Bu səbəbdən tələbələr Trampı məhkəməyə veriblər.

İş üzrə məhkəmə noyabrın 28-də San Dieqoda başlamalı idi.

“Tramp universitetinin qurbanları bugünkü nəticələri illərdir ki, gözləyirdi və mən şadam ki, onların səbri və inadkarlığı 25 milyon dollar ödəmək barədə razılaşma ilə mükafatlandırılacaq”, - deyə Nyu-Yorkun Baş prokuroru Erik Şnayderman bildirib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort