access_time Dərc olunub: 13:57
İsrailin nüvə stansiyası məhv ediləcək - TƏHDİD

Libanın “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrallah İsraili təhdid edib.


TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, o, Dimonadakı nüvə stansiyasının vurula biləcəyini deyib.

“İsraili Dimonadakı nüvə reaktorunu sökməyə çağırıram. Hərbi imkanlarımız İsraili və onun yaşayış məntəqələrini vurmağa kifayət edir. İsraillilər təhdidlərimizin ciddi olduğuna inanmalıdır”, - o bildirib.

“Hizbullah” lideri həmçinin qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü İsrail ilə Fələstin arasındakı sülh prosesinin öldüyünün bir siqnalıdır.

Qeyd edək ki, İsrailin 1982-ci ildə Livanın paytaxtı Beyruta qədər uzanan işğalı 1985-ci ildə mərhələli olaraq ölkənin cənubuna doğru çəkilib. Bu tarixdən etibarən İsraillə müxtəlif tarixlərdə qarşı-qarşıya gələn “Hizbullah” İsraillə son olaraq 2006-cı ilin iyulunda döyüşüb. Nəticədə Livanın cənubu ağır dağıntılara məruz qalıb.

Şərhlər