access_time Dərc olunub: 11:09
Berdiməhəmmədovun inaqurasiya mərasimi keçirildi

Yenidən Türkmənistan prezidenti seçilən Qurbanqulı Berdiməhəmmədovun Aşqabadda Ruxıet Sarayında inaqurasiya mərasimi keçirilib.


TİA.AZ xəbər verir ki, bu haqda Türkmənistanın dövlət agentliyi bildirib.

Berdiməhəmmədov çıxışında bildirib ki, Türkmənistan daimi bitərəflik statusuna əsaslanaraq 21 ildən çoxdur müstəqil dövlət kimi beynəlxalq münasibətlərin inkişafı üzrə öz fəaliyyətini həyata keçirir.

Onun sözlərinə görə, ümumi sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, mehribanlıq, dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi və sabit inkişafın təminatı gələcəkdə də müstəqil Türkmənistanın xarici siyasətinin prioritetli istiqaməti olaraq qalacaqlar.

Xatırladaq ki, Qurbanqulı Berdiməhəmmədov fevralın 12-də keçirilən prezident seçkilərində səslərin 97,69 faizini qazananaq üçüncü dəfə dövlətin ali postunu tutub. Seçkilərdə 9 namizəd iştirak edirdi.

Şərhlər