access_time Dərc olunub: 14:22
ABŞ-İran qarşıdurması QIZIŞIR

ABŞ-ın BMT-də daimi nümayəndəsi Nikki Haley vəzifəsinə başlayan kimi, İranın ballistik raket sınağı ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

TİA.AZ
 xəbər verir ki, bununla bağlı yayılan açıqlamada “ABŞ İranın 29 yanvarda orta mənzilli ballistik raket sınağı keçirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırır” sözləri qeyd olunub. Təcili toplantının Bakı vaxtı ilə günün ikinci yarısında keçirilməsi gözlənilir.

İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon da ABŞ-ın açıqlamasından bir neçə saat öncə eyni səbəblə Təhlükəsizlik Şurasının təcili toplantının keçirilməsi üçün çağırış etmişdi.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) ilə 2015-ci ilin iyun ayında əldə olunan anlaşmaya görə, İrana qarşı bütün sanksiyalar qüvvədən düşüb. İran da öz növbəsində nüvə proqramı fəaliyyətini dayandırıb.

Lakin Donald Tramp ABŞ prezidenti seçiləndən sonra vəziyyət dəyişib. Tramp hələ seçkiöncəsi kampaniyada İranla nüvə proqramı anlaşmasını sərt tənqid etmişdi. Onun bu məsələdə İsraillə eyni hərəkət etdiyi deyilir. BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını isə ABŞ-ın İrana qarşı savaş açması kimi dəyərləndirmək olar.

Şərhlər