access_time Dərc olunub: 09:22
"Karlovun qətlində əsas məqsəd..." - Lavrov açıqladı

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsində əsas məqsəd rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı səmərəli mübarizəsinin qarşısını almaqdır.


TİA.AZ TASS agentliyinə istinadla bildirir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu hücumun təşkilatçıları öz məqsədlərinə çatmayacaqlar.

Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Rusiyanın Ankaradakı səfirinin qətlinin təşkilatçılarına qarşı tədbirlər hazırlanacağını bəyan edib. O, Rusiya-Türkiyə-İran arasında üçtərəfli görüşün baş tutacağını da deyib.

Şərhlər