access_time Dərc olunub: 18:18
Çinin ən varlı sakini - varidatı 43 milyard dollardır

"Hurun” tədqiqat təşkilatının məlumatına əsasən, Çində ən böyük tikinti kompaniyalarından biri olan "China Evergrande Group”un rəhbərli Syuy Szyain hazırda ölkəsinin ən varlı sakinidir.
TİA.AZ xarici KİV-lərə istinadla xəbər verir ki, onun varidatı 43 milyard dollara həcmində qiymətləndirilir.
Oktyabrın 12-də "Hurun Research Institute” təşkilatı Çinin ən varlı sakinlərinin reytinq cədvəlini dərc edib. Bu siyahıda ikinci yerdə "Tencent” telekommunikasiya kompaniyasının banisi Poni Ma (Ma Huaten) qərarlaşıb. Onun varidatı 37 milyard dollara çatıb ki, bu da keçən illə müqayisədə 52 faiz çoxdur.

Şərhlər