access_time Dərc olunub: 09:51
O raketləri vuracağıq - Yaponiya

Şimali Koreya ABŞ-ın Quam adasını vurmaq istəsə, həmin raketləri məhv edə bilərik.


Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri İtsunori Onodera məlumat verib.

Nazirin sözlərinə görə, Yaponiya ordusu daimi olaraq istənilən hücuma hazır vəziyyətdədir. Onodera həmçinin Şimali Koreya tərəfinin Quama istiqamətləndirilən raketlərin Yaponiya ərazisindən keçməsi ilə bağlı fikirlərinə də münasibət bildirərək tabeliyində olan nazirliyin Yaponiyanın bütün ərazisində təhlükəsizliyi qoruya biləcəyini bildirib.

Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus Quam adalarını vura biləcəyini açıqlamışdı.

Şərhlər