access_time Dərc olunub: 16:31
Cənubi Koreyadan Şimali Koreyaya SÜLH ÇAĞIRIŞI

Cənubi Koreya 2015-ci ildən bəri ilk dəfə olaraq KXDR-ə yarımadada yaranan hərbi gərginliyi azaltmaq üçün müdafiə qurumları səviyyəsində danışıqlar aparmağı təklif edib.

TİA.AZ Euronews telekanalına istinadla xəbər verir ki, danışıqların 1953-cü ildə Cənub və Şimal arasında atəşkəs barədə razılığa gəlindiyi Pxanmuncom kəndində keçirilməsi təklifi irəli sürülüb.
Koreya Respublikasının müdafiə nazirinin müavini So Çxu Sok deyib: "Biz demarkasiya xəttində gərginliyi artıran bütün düşmənçilik fəaliyyətlərə son qoymaq üçün iyulun 21-də Pxanmuncom kəndinin şimalındakı "Tonqilqak” binasında müdafiə qurumları nümayəndələrinin danışıqlar aparmasını təklif etmişik”.
Koreya Respublikasının Prezidenti Mun Ce-in 6-da Koreya müharibəsinin bitməsinin 64-cü ildönümü ilə əlaqədar sərhəddə hərbi təlimlərin qarşılıqlı surətdə dayandırılması barədə təşəbbüslə çıxış etmişdi. Cənubi Koreya diplomatlarının məlumatına əsasən, Pxenyan bu çıxışa müsbət yanaşıb.

Şərhlər