access_time Dərc olunub: 17:41
ONLAR ŞOKALADLI SÜDÜN NƏDƏN HAZIRLANDIĞINI BİLMİR

ABŞ-da əhalinin 7 %-nin şokoladlı südün qəhvəyi inəklərdən sağıldığını güman etdiyi ortaya çıxıb.


 TİA.AZ Sputnikə istinadən xəbər verir ki, ABŞ Süd Məhsulları İnkişaf Etdirmə Mərkəzi tərəfindən aprel ayında 18 yaş və yuxarı 1000-dən artıq yetkin insan arasında aparılan bir araşdırmanın nəticələri hər kəsi heyrətə salıb. Belə ki, araşdırmaya qatılanların 7 %-i şokoladlı südün qəhvəyi inəklərdən gəldiyini güman ediblər.

 İnternet mühitində aparılan araşdırmanın bütün ölkəni təmsil edən iştirakçılarla həyata keçirildiyi düşünülərsə, bu, 16 milyon 400 min nəfər şokoladlı südün, süd, şokolad və şəkər istifadə edilərək edildiyini bilmədiyi mənasına gəlir.

 Digər tərəfdən, iştirakçıların 48 %-i şokoladlı südün haradan gəldiyini deməkdə çətinlik çəkib. Ayrıca araşdırmaya qatılan yetişkinlərtin 29%-u şokoladlı süd almaq üçün uşaqlarını bəhanə edərək aldıqlarını deyiblər. 


İlahə

Şərhlər