access_time Dərc olunub: 15:20
İKİ BAŞLI BALİNA TAPILIB

İngiltərə ilə Avropa qitəsi arasında yerləşən Şimal Dənizində balıqçıların toruna daha əvvəl heç görmədikləri bir şey düşüb.


TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, iki başlı bir balina balası olub. Mütəxəssislər canlının qeydə alınan növün ilk nümunəsi olduğunu deyirlər.

Aparılan araşdırma nəticəsində əslində bir deyil iki balina olduğu, balinaların yapışıq olaraq dünyaya gəldiyi anlaşılıb. Bu, eynı bədəni bölüşən iki başlı bir balina balasıdır.

BBC-də yer alan xəbərə görə, ölü olaraq tapılan yapışıq balinaların doğumdan qısa bir müddət sonra öldüyü güman edilir.

  Növünün ilk nümunəsi

 Vəhşi həyatda yapışıq əkizlər çox nadir görülən bir vəziyyətdir. Hətta balinalarda qeydə alınan bu iki başlı balina nümunəsi olan bu əkizlər də nadir görüntüdür. Hətta balinalarla birlikdə delfinlərdə da hələ ki, belə bir hal müşahidə edilməyib.

 Mütəxəssislər balinaların başlarının mükəmməl bir formaya malik olduğunu bildiriblər. İki başlı balina Henk Tanis tərəfindən görüntülənib. 


İlahə

Şərhlər