access_time Dərc olunub: 12:14
Mirşahinin qardaşı həbs olundu

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.

BakiPost.azxəbər verir ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.

Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2 min manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.

Şərhlər