access_time Dərc olunub: 11:52
Çunayev rəqibinə uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.

TİA.AZ bakipost.az xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.
R.Çunayev 5:0 önə keçsə də, sonradan 5:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər