access_time Dərc olunub: 12:31
Mir Şahin şeir yazdı

Tanınmış telejurnalist Mir Şahin  demə həm də şer yazırmış. TİA.AZ Mir Şahinin çeirini təqdim edir:



İlan və kirpi

İlanlar doğulur kirpilər üçün,

Zəhərlər kəsərli, iynələr iti…

Amma hər ikisi dərmana dönür,

İlanın zəhəri, kirpinin əti!

***

Deyirlər kirpiyə sığal yaraşmır,

Deyirlər ilanın imanı yoxdur!

Heyrətdən kirpinin saçları biz-biz…

Bu gün süfrəsində ilanı yoxdur!

***

Qıvrılıb, gərilib əsəblər kimi,

İlanlar dolanır yerin belinə!

Tikanı korşalıb daha kirpinin,

İndi dil çıxarır ilan dilinə!

***

Bir qədəh dayanıb yer kürəsində,

İlanı üstündə qıvrılıb yatır…

Həmişə belədi: Xəstə dadına,

Gah zəhər yetişir, gah iynə çatır…

***

Kirpi nə bilsin ki, canında onun,

Elə ilanların şəfası gəzir,

İlan nə bilsin ki, onun dalınca

Şəfa təqib edən bir kirpi əsir!

***

Canını qoymağa yer tapmır daha,

İlan da qıvrılıb qovur özünü!

Sonra öz boynuna dolanıb sıxır,

Sıxır boğazını, boğur özünü!

***

Beləcə qovaraq biri-birini,

Kirpilər, ilanlar gedirlər yola!

Və kirpi yanaşır aptekə birdən:

Xanım, sizdə ilan zəhəri olar???

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort