access_time Dərc olunub: 12:06
Ayaq tüklərini 1 ildir təmizləməməsinin inanılmaz SƏBƏBİ

Fitnes blogeri Morqan Mikenas 1 ildən çoxdur ki, ayaqlarını və qoltuqaltını təmizləmir.


TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bloger hər kəsi ayaqlarını təmizləməməyə dəvət edib. İstaqramda ayaqlarının tükünü nümayiş etdirən qadın abunəçilərinə öz bədənindən utanmamağı məsləhət görüb. O, bu radikal qərarının səbəblərini təbii gözəlliyi dəstəkləməsi ilə izah edib:

"İlk səbəbi çox vaxt aparmasıdır. Uzatmağa başladıqdan bir müddət sonra tüklərin çox yumşaq olduğunu və ecazkar bir şey olduğunu düşündüm. Heç kim öz bədənindən utanmasın. Təbiətin bədənimizə qoyduğu izdən xilas olmağa çalışırıq! Halbuki, olduğu kimi qalması lazımdır".

Morqan ayaqlarındakı tüklər sayəsində daha seksual göründüyünü iddia edib. Ən maraqlısı isə sevgilisinin də onu belə qəbul etməsidir.
 

Şərhlər