access_time Dərc olunub: 15:05
İsa peyğəmbərdən hamilə olduğunu iddia edən qız - FOTO

Amerikada yayımlanan "Dr. Phill" verilişinə qatılaraq hamilə olduğunu iddia edən qız yenidən proqrama qayıdıb.


Milli.Az Britaniya mediasına istinadla bildirir ki, hazırda 20 yaşı olan Haley ötən ilin noyabr ayında adıçəkilən verilişə qatılaraq İsa peyğəmbərdən hamilə olduğunu iddia edib.

Ultramüayinədə onun hamilə olmadığı məlum olub. Qız isə müayinənin nəticələrinə etiraz edib.

O, "Siz Cesusa yalan deyə bilməzsiniz", - deyə hər kəsi qınamışdı. 

Lakin bu həftə Haley yenidən verilişə qatılıb. O, dediklərini təkzib edib. Haley bildirib ki, onun qarnı köpüb və elə bilib ki, hamilədir.

"Qarnım şiş idi. Düşündüm ki, hamiləyəm. Bir müddət sonra baxdım ki, qarnım yox olub. Onda bildim ki, hamilə deyilmişəm".

Qeyd edək ki, qız bir müddət Eminemdən də hamilə olduğunu söyləyib.

Şərhlər