access_time Dərc olunub: 18:29
Körpələri genital nahiyəsindən öpsəniz...

 Körpələrin həssas bədəninə zərər verməmək üçün çox adam onların ayaqlarını seçir. Lakin körpələrin ayaqlarından öpmək təhlükəlidir.


TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar körpələri ayaqlarından, dodaqlarından, genital nahiyəsindən, eləcə də boynundan öpməyi qadağan edir. Onlar iddia edir ki, bu nahiyələrdən öpüş uşaqlarda müxtəlif hisslərin formalaşmasına təsir edir.


Körpələri alnından ya da yanaqlarından öpün

Uşaqların ayaqlarından öpmək doğru deyil. Çünki ayaqları öpülən uşaq hiss etdiyi aşırı sevgidən dolayı qısqanclığa meyl edir. Belə uşaq valideynlərinin bacı-qardaşına olan sevgisindən narahat olmağa başlayır. Diqqət və qayğını itirmə qorxusu əsasən ərköyün böyüdülmüş, eləcə də həddən artıq əzizlənmiş uşaqlarda daha çox rast gəlinir.


Uşaqları boynundan da öpmək doğru hesab olunmur. Bu, uşaqlara həddən artıq həssaslıq qazandırar.

Uşaqları dodaqlarından öpmək olmaz! Bu, gigiyenik deyil. Çünki infeksiya vəbakteriyaların uşaqlara nəfəs və ağız yolu ilə keçmə riski olduqca yüksəkdir.


Həkimlər uşaqları alın və yanağından öpməyin daha doğru olduğunu bildirir. Psixoloqlar iddia edir ki, alnından öpülən uşaq özünü ruhən daha yaxşı hiss edir. Bu, uşaqlara təmizlik, məsumluq, dürüstlük və cəsarət hissini aşılayır. 



Uşağı yanağından öpən zaman başını tutmaq lazım deyil. Həmçinin başqalarını məmnun etmək üçün övladınızı onları öpməyə məcbur etmək yanlış addımdır. Çünki bu, onlarda başqalarını məmnun etmək hissini formalaşdırır və şəxsiyyət inkişafını ləngidir. Beləcə uşaq öpüşdən başqalarını məmnun etmək üçün bir vasitə kimi istifadə edəcək. 


Bundan əlavə uşağı genital nahiyəsindən öpmək olmaz. Bu, məhrəmiyyət hissi qazana bilməsi və təcavüzdən qoruna bilməsi üçün vacibdir.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort