access_time Dərc olunub: 11:50
Nazirlik video qalmaqalı haqda açıqlama yayacaq

Şəmkirin Müşfiq Süleymanov adına Seyfəli kənd orta məktəbində baş verən qalmaqalla bağlı araşdırmanın nəticəsi günorta saatlarında ictimaiyyətə açıqlanacaq.


Bu barədə tia.az-a Təhsil Nazirliyinin nümayəndəsi Kənan İbrahimov deyib. Onun sözlərinə görə, direktor və xanımla bağlı hazırda məktəbdə araşdırma aparılır.

“Təhsil şöbəsindən və nazirlikdən rəsmi şəxslər məktəbə gediblər və onlar sorğu-sual edilir. Faktlar araşdırılır. Direktor və xanım özlərini müdafiə etmək üçün çox söz deyə bilər. Lakin faktlar araşdırıldıqdan sona hər şey bəlli olacaq”.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.

Şərhlər