access_time Dərc olunub: 14:34
“Vertu” telefonlarının istehsalı dayandırılacaq?

Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib.


Türkiyə mətbuatı yazır ki, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.

Qeyd edək ki, "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub.

Şərhlər