access_time Dərc olunub: 17:02
CƏMİYYƏTİMİZDƏ CİNSİ AZLIQLARA MƏNƏVİ TƏZYİQLƏR



Sosial şəbəkədən tanıdığım İlham Salahlının Azərbaycanı tərk edib Hollandiya hökumətindən niyə sığınacaq aldığı haqda maraqlandım və ona yönləndirdiyim suallar cavab olaraq ümumiləşdirib bu yazını hazırladım.


İlham cinsi azlıqların nümayəndəsidir, qısaca homoseksualdır. O qeyd edir ki, ölkəni tərk edib Hollandiya hökümətindən sığınacaq istəməsinin yeganə səbəbi Azərbaycanda qarşılaşdığı dözülməz mənəvi təzyiqlərdir. O qeyd edir ki, cəmiyyətdə onun kimi cinsiz azlıqlara yaxşı münasibət göstərilmir və mənəvi təzyiqlər edirlər. Ailəsidə də həmin cəmiyyətin üzvü olduğundan onlar da cəmiyyətin baxdığı kimi baxırlar. Ona görə də homoseksual olduğunu gizli saxlayırmış. Mənəvi və psixoloji təsirlərdən rahat yaşaya bilmir və özünü cəmiyyətdə istədiyi kimi ifadə edə bilmirmiş. O qeyd edir ki, bu məsələdə transseksuallar və feminen qaylar daha çox çətinlik çəkirlər. Cəmiyyətimizin bilgi əksikliyi hər yöndədi. Eyni zamanda da homoseksuallıq  haqqında da. O qeyd edir ki, transseksuallar ölkədə demək olar ki, seks işçiliyindən başqa bir işlə məşğul ola bilmirlər. Çünki onlara  iş təklif edən  yoxdur. Pul qarşılığında bədənin satmaq, bu fikirimcə dəhşət verici bir haldır. Bunun psixoloji travması bir yana, zorakılıqlarla da qarşılaşdıqlarını deyirlər.

İlham deyir ki, burda fərqli heçnə yoxdu. Başa düşmürəm ki, bizim cəmiyyət niyə bunu qəbul edə bilmir. Axı, burda nə var? Klassik şəkildə desəm, sevginin cinsi yoxdu.
Mənim homosuksual olduğuma görə cəmiyyət  tərəfindən təhqir olunurdum. Bizim cəmiyyətə nə qədər  “hərkəsin öz seçimidir” cümləsinə əməl etmirlər. Mən sosial şəbəkələrdə, küçə də, ictimai yerlərdə mənəvi təziqlərə məruz qalırdım. Bunların mənbəyi aydındır ki, din və mentalitet məsələləridir. Hansı ki, bu mentatilet də dinin nəticəsidir. Ona görə də ölkədən mən və mənim kimi onlarla homoseksuallar və digər cinsi azlıqlar çıxıb gedirlər. Çünki qınamalarla, lənətlərlə, mənəvi təziqlərlə yaşamaq olmur. Hətta dəfələrlə intihara cəhd etdiyini deyir.  Bu gün Hollandiyadayam və burda mənə normal insani davranışlar sərgiləyirlər, mənim seçimlərimə hörmət edir və məni öz cəmiyyətlərinin bir üzvü kimi qəbul edirlər...

İndi isə başqa məsələləri nəzərinizə çatdırmaq istəyirəm.

Homoseksualıq nədir? Bu bir xəstəlikdir? Yalnızca insanlarda olan bir haldır?

Homoseksuallıq bir növün bir fərdinin özüylə eyni cinsiyyətdən bir başqa fərdə qarşı duyğusal və ya cinsi bir cazibə hiss etməsi və ya bu iki fərd arasında cinsi qarşılıqlı təsir yaşanmasıdır. İndiki vaxtda bizonlardan pinqvinlərə, quşlardan insanlara, kərtənkələlərdən böcəklərə qədər qədər yüzlərlə fərqli növdə homoseksual əlaqə tapılmışdır. Bu səbəbdən homoseksuallıq tamamilə təbii olaraq görülməlidir. Çünki bu fakt yalnız bir sıra növdə deyil, xarakteristikasına bağlı olaraq dünya üzərində  500 – 1500 növ arasında olduğu  bilinməkdədir.

Halbuki homoseksuallıq elmi olaraq nə anormal haldır, nə də xəstəlikdir. Bir faktın “xəstəlik” və ya “anomaliya” (“anormallıq”) olaraq qiymətləndirilə bilməsi üçün o ünsürün fərdin ölümünə səbəb olması və ya fərdin həyat standartlarında fiziki, bioloji və ya psixoloji bir pisləşməyə səbəb olması gərəyindədir. Homoseksuallıq bunların heç birinə səbəb olmur, eynilə heteroseksuallığın olmaması kimi.


Əslində homoseksualların “xəstə” olduğu iddiası insan tarixində başqa xüsusiyyətlərə sahib insanlar üçün də zamanla istifadə edilmişdir: məsələn zəncilər, cırtdanlar, nəhənglər və s. insanlar üçün. İndiki vaxtda isə bu ayrı-seçkilikçiliyi və xaric etməni haradasa bütün dünya olaraq şiddətlə qınamaqdayıq. Homoseksuallar də günümüzün “cadugərləri” mövqeyində olan insanlardır və bu səhv də əvvəl-axır fərq ediləcək. İndiki vaxtda necə ki bir zənciyə ya da uzun boylu birinə qeyri-adi bir yanaşma sərgiləmirsək, homoseksuallara da tamamilə normal bir şəkildə yaxınlaşmaq lazımdır. Bunu bu şəkildə izah etmək məcburiyyətində olmaq belə mənə ikrahedici gəlir. Ancaq cəmiyyət bu gerçəklərlə üzləşənə qədər mövzunun aydın ola bilməsi üçün bu şəkildə izah etmək məcburiyyətində olmalıyıq.


Dünya Sağlamlıq Təşkilatı (WHO), homoseksuallığı 70-ci illərdə xəstəliklər və narahatlıqlar siyahısından çıxartdı. Bənzər şəkildə Amerikan Psixologiya Dərnəyi (APA) da homoseksuallığın bir seçim olmadığını, təbii olduğunu və dəyişdirilə bilməyəcəyini açıq və dəqiq bir şəkildə ifadə etdi.


APA ayrıca “Homoseksuallıqdan imtina etdirmə müalicələrinin” fərdlərə zərər verə biləcəyini də ifadə etdi (AX/EU).

Elm insanlarının mövzuyla əlaqədar fikirləri heç birmüzakirəyə qapı açmayacaq qədər dəqiqdir: “Homoseksuallıq bir xəstəlik deyil, bu səbəbdən müalicəsi də haqqında danışıla bilməz”.

“Homoseksuallıq bir xəstəlik deyil. 1974-dən bəri psixiatrik və ruhi xəstəlik təsnif etməsində qəbul edilmir. Buna baxmayaraq fərqli mədəniyyətlərdə dərəcəsi dəyişməklə birlikdə, ayrı-seçkilikçiliyə və şiddətə məruz qalan, öz şəxsiyyətlərini inkar etməyə istiqamətli bir qrup homoseksuallar “müalicələr” almağa meyillidirlər.”


Edilən araşdırmaların insanların təxminən olaraq 10%-lik bir hissəsinin homoseksual olduğu göstərilir.

“10% kiçik bir nisbət olmamasına qarşı mədəni və dini müxtəlif ön mühakimələr səbəbiylə cəmiyyətin digər seqmentlərində hirs oyandırdığı bir toplumdur. İstənilən şey bu şəxsiyyətlərin yox sayılmasıdır. Homoseksuallıq xəstəlik olmadığı üçün müalicəsi də tibb əxlaqına uyğun deyil. Müalicə bir şeyin ortadan qaldırılması mənasını verir. Homoseksuallıq normal bir vəziyyətdir. Amma ictimai təzyiqlərə görə yaranmasını yaşamaqda çətinlik çəkən kəslərin özləri ya da yaxınlarının dəstək almaları mümkündü.


Ölkəmizdə homoseksuallar 


Dövlət səviyyəsində onlara  heç bir təziq yoxdur.  Azərbaycan Respublikasının Qanunvericiliyində insanların cinsi ayrı-seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir.


Bununla yanaşı, 2001-ci ilin yanvar ayının 17-də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd sırf cinsi azlıqlarla bağlı olub.

Lakin son zamanlar görürük ki, social şəbəkədə homoseksullığa qarşı əks təbliğat aparılır. Bunu özünü “dövrün Mehdisi “adlandıran Adnan Oktarın tərəfdarları olan Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi mövcud qanunvericiliyə əməl etmədən cinsi azlıqlara qarşı əks kompaniya təşkil edir və bu cinsi azlıqlara qarşı  təbliğatlar apararaq ölkəmizin nüfuzunu digər Avropa ölkələri qarşısında aşağı salmağa çalışır və bununla da Azərbaycanda cinsi azlıqların təhdid altında olduğunu aşılayırlar.

Halbuki, ölkəmiz qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə və götürdüyü öhdəciliklərə tam şəkildə əməl edir.

Bu kimi qrumların apardığı təşviqatlar nəticəsində ölkə də homoseksuallar və digər cinsi azlıqlar əziyyət çəkirlər. Salahlı İlhamında qeyd etdiyi kimi son illər ölkəni tərk edən homoseksualların sayı gün gündən çoxalıb və onlar əsasən Avropa ölkələrinə gedərək ölkəmizdə cinsi azlıqlara qarşı təhdidlərin, mübarizənin və lənətləmələrin olduğunu deyirlər ki, bu da istənilən halda ölkəmizin nüfuzuna beynalxalq arenada zərər gətirir.


Harun Yahyanın dəstəyi ilə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi nəzinində homoseksuallığın sonradan qazanılmış bir şey olduğunu cəmiyyətə aşılamaq niyyəti ilə homoseksualliqharamdir.com adlı saytda bu cinsi azlıqlara qarşı mübarizə aparır və onların şərəf və ləyaqətini alçaldırlar.


Lakin yuxrıda da qeyd etdiyim kimi cinsiz azlıqları ölkədən qaşıb getməyə təşviq edən şey, onların burda mənəvi, psixoloji təziqlərə məruz qalmasıdır. Dövlət bütün vətəndaşların hüquqlarını qoruduğu halda,bu halların baş verməməsi üçün cinsiz azlıqlara qarşı təbliğat aparan qrumları və şəxslərə müdaxilə etməli və qanunvericilikdə bu təbliğatları qadağan edən hüquq normaları qəbul edilməldir. Homoseksual olduğu və buna görə məruz qaldığı təzyiqlərdən özünü öldürən İsa Şahmarlınında dediyi kimi:" Tanrı hər kəsi yaratdığı kimi sevir".



Taryel Abdullayev

Şərhlər