access_time Dərc olunub: 10:50
PASXA BAYRAMININ TARİXİ-ARAŞDIRMA

Xristian dininə itaət edən yüz milyonlarla insan ayrı-ayrı ölkələrdə Pasxa bayramını qeyd etdi.


<!--[if !supportLineBreakNewLine]-->

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edildi. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.


İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.


Kuliç nədir?  


Pasxa bayraında süfrədə mütləq rənglənmiş yumurta olmalıdır. Bayramın rəmzi şirniyyatı sayılan kuliç isə bişiriləndən sonra kilsəyə aparılır, ona dualı su səpilir və evə gətirilir.

Xristian inancına görə, kuliçi yeyən bütün şər qüvvələrdən, pis ruhlardan uzaq olur. Adətə görə bayram həftəsinin “çistıy çetverq” (“pak cümə axşamı”) adlanan 4-cü gününə qədər evlərdə, həyətlərdə təmizlik işlərini sona çatdırıb, həftənin sonuncu günü – “svetloye voskreseniye” (“müqəddəs bazar”) adlanan gün bayram başlayır. Bu bayramda ən əsası kuliç, müxtəlif şirniyyatlar bişirib, yumurta boyanmalıdır.

Qeyd edək ki, Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir. Qış bitəndə “Maslinitsa” bayramı keçirilir. Həmin gün milli yeməkləri olan blinı bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndən sonra Pasxa bayramı qeyd edilir. Bu bayram da 7 gün çəkir.


Azərbaycan ərazisində 18-ci əsrin sonlarında məskunlaşmış malakanlar öz dini etiqadlarına görə ruslardan seçilirlər. Burdakı malakanlar deyir ki, bizlər ikona, xaç, xaç suyuna salınma kimi atributları qəbul etmirik. Müsəlmanlar kimi donuz əti yemək və spirtli içki içmək bizlərdə də haramdır. Bununla yanaşı, soğan yemək də haram buyurulur.

Novruz bayramı bizdə necə təmtəraqla qeyd edilirsə, Pasxa bayramı da xristian aləmində o dərəcədə təntənə ilə qeyd edir. Onlarda da evlərdə hazırlıq bayrama 3 gün qalmış başlayır. 5-ci gündən dualar oxunur, süfrə müxtəlif şirniyyatlarla, yeməklərlə bəzədilir.Əsasən, donuz və quzu əti bişirilir. Yumurtalar isə 4-cü gündən boyadılır.

Şənbə günü ibadət evlərinə gedilir. Özləri ilə kilsəyə apardıqları yeməkləri bölüşürlər. Bu yeməklərin qırıntısını da yerə salmaq olmaz. Ayinlər və dualar oxunur. Evə gec qayıdırlar. Sonra isə bayram masasının ətrafında oturub dua edilir.

Pravoslavlar şənbə günündən bazar gününə keçən gecə yatmır, dualar oxuyur, niyyət tutulur.

Müsəlmanların orucluq və qurban bayramlarında olduğu kimi, xristianların da Pasxa mərasimində kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır. Bundan əlavə, dünyadan köçmüş insanların qəbirləri də yad olunur.

 

Görəsən, “Pasxa çıxsaydı, havalar düzələrdi” inancının haradan qaynaqlanır?

Sən demə, bu inancın özü də bayramı edən xalqlardan gəlmədir və havaların artıq isinməyinə işarədir. Yəni bundan sonra hava nə qədər soyuq olsa da, kəskin şaxta ilə müşahidə olunmur.

Yazılı mənbələrdə Pasxanın xaçpərəstlərin əsas dini bayramlarından biri olaraq yazda, təbiətin oyandığı bir vaxtda qeyd edildiyi vurğulanır.

Pasxa (qədim yəhudi dilində “pesax” - keçmə deməkdir, yunan dilində “paskhalia”dan yaranıb) – yəhudi və xristianların bayramıdır. Nə vaxtsa yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edib.

325-ci ildə Ümumdünya Kilsə Məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Əvvəllər xristianlar İsa Мəsihin dirilişini hər bazar günü qeyd edirdilər. Rəvayətə görə, İsa peyğəmbər cümə günü çarmıxa çəkilib, bazar günü isə onun yenidən həyata qayıdışı baş verib. Kilsə təşkilatının özünə yer tutmağa başladığı zamandan xüsusi bir Pasxa günü qeyd edilməyə başlayıb.


Qeyd edək ki, İsa Məsihin çarmıxdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Xristianlar üçün Pasxa bayramının digər bir xüsusi əhəmiyyəti də mövcuddur. Belə ki, İsa Məsihin çarmıxdan azad olunması gününü provaslav və ya katolik olmasından asılı olmayaraq bütün xristianlar eyni gündə qeyd edirlər. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini bir daha artırır. Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar.


İlahə 

Şərhlər