access_time Dərc olunub: 18:12
Qorbaçovun qatıldığı iclasın sənədləri niyə yoxa çıxıb?

SSRİ Ali Sovetinin Bakıdakı qanlı 20 yanvar hadisələrinin müzakirə olunduğu üçüncü sessiyasının stenqoramı məhv edilib. 




Bu barədə SSRİ Ali Sovetinin o zaman deputatı olmuş Alla Yaroşinskaya məlumat verib.


Sabiq deputat bunu yazdığı “Qorbaçov – Yubleydən məhkəməyə” adlı yazısında bildirib. Deputat bu sənədin arxivlərdən yoxa çıxdığını bəyan edib.

Yaroşinskaya bildirib ki, 1990-cı ilin fevralın 19-da qapalı keçirilən iclasda SSRİ rəhbərliyinin iştirakı ilə Bakıda sovet ordusunun törətdiyi vəhşikilər müzakirə edilib: “Lakin həmin iclasın stenoqramını tapmaq mümkün olmur. Onu hətta Ali Sovetin üzvləri üçün belə çap etmədilər. SSRİ Ali Sovetinin üçüncü sessiyasının rəsmi stenoqrafik hesabatında bu, belə qeyd olunub: “1-ci hissə. 14-20 fevral 1990-cı il”. Stenoqramın mətnində 18 fevraldan dərhal sonra 20 fevral qeyd olunub”.

Həmin qapalı iclasda SSRİ prezidenti Mixail Qorbaçov, DTK sədri Kryuçkov, daxili işlər naziri Bakatin iştirak edib. Yaroşinskaya yazır ki, “yenidənqurma” dövrünün rəsmi sənədləri sübut edir ki, 1989-cu ildən başlayaraq SSRİ-nin siyasi rəhbərliyində ölkəni dağıda biləcək addımlara əl atmaq istəyi artmağa başlayıb: “SSRİ xalq deputatları sovetinin birinici qurultayının başlanmasına və yeni İttifaq Müqaviləsinin bağlanmasına qədər Qorbaçov və Siyasi Büro Kommunist Partiyasını hərbi əməliyyatlara əl atmaqla xilas etmək yolunu tutublar. Bu isə çoxsaylı siyasi və iqtisadi problemlərin üzündən əks təsir verib”.

Sabiq SSRİ xalq deputatı yazır ki, “partiya-xalq” qarşıdurması Bakıda faciə ilə nəticələnib: “1990-cı ilin 20 yanvarında sovet ordusu dinc əhaliyə atəş açdı. 1989-cu il hadisələri ilə bağlı çox yazılsa da, Bakı hadisələri barədə geniş ictimaiyyətin məlumatı çox deyil. Bakıda o zaman nə baş vermişdi? Hansı Konstitusiya quruluşu müdafiə edilmişdi? Bu sualların cavabları açıq qalıb”.

“Mən SSRİ xalq deputatı kimi 1990-cı ilin 19 fevralında Ali Sovetin qapalı keçirilən üçüncü sessiyasında iştirak etmişəm. Orada Bakıda qanlı hadisələr müzakirəyə çıxarılmışdı. İclasda SSRİ rəhbərliyi ilə Azərbaycandan olan deputat qrupu arasında sərt polemika oldu. Mübahisənin qızğın vaxtında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Yevgeni Primakov bəyan etdi ki, “18 yanvarda Xalq Cəbhəsi tərəfindən Bakıda xüsusi vəziyyət elan olunmuşdu. (?-red) 25 min nəfərlik kütlə Mərkəzi Komitənin üzvlərini binaya buraxmırdı. Orada üç dar ağacı quraşdırılmışdı”- deputat qeyd edir.

Müəllif yazır ki, Bakıda xalqın qəzəbinə gəlmiş partiya rəhbərliyini dəyişmək əvəzinə, SSRİ rəhbərliyi onları müdafiəyə qalxıb: “Bakıdakı milli zəmində ermənilərə qarşı təxribatlar, Dağlıq Qarabağ ətrafında hadisələr Moskvanı qətiyyən narahat etmirdi. Yalnız Bakıda Kommunist Partiyasının hakimiyyətini itirməsi Moskvanı xalqla müharibəyə girməyə məcbur etdi. Kreml dəhşətli dərəcədə qorxurdu ki, Bakıda qurulmuş “dar ağacları” sabah bütün SSRİ-də üzə çıxa bilər. Ona görə də general Lebedin rəhbərliyi altınada sovet ordusunu Bakıya göndərdi”.

Müəllif yazır ki, qapalı iclasda Azərbaycandan olan deputat Tofiq İsmayılov SSRİ müdafiə naziri Yazovdan istefa verməyi tələb edib.

“Bu qırğın mənim respublikama qarşı yaxşı planlaşdırılmış provokasiyanın bir zənciridir. Ordunun Azərbaycana yeridlməsinə heç bir səbəb yox idi” – deyə deputat kəskin şəkildə etirazını bildirib. Bakatin isə cavabında məsuliyyətdən yayınmaq üçün deyib: “Bakı hadiəsələrinə görə, Sovet ordusunu və Müdafiə Nazirliyini ittiham etmək lazım deyil”.

Mixail Qorbaçov isə Azərbaycan deputatlarına replika ataraq deyib ki, “Azərbaycan hakimiyyətinin təmsilçiləri indi susurlar”: “Ancaq onlar deyirdilər ki, Xalq Cəbhəsi tərəfindən silahla hədələnirlər. Onlar mənə deyirdilər ki, Naxçıvanın SSRİ tərkibindən çıxmaq qərarı tapança lüləsinin təzyiqi ilə qəbul edilib”– deyə SSRİ rəhbəri vəziyyəti öz xeyrinə dəyişmək istəyib.

Daha sonra iclasda Azərbaycan nümayəndə heyətinin üzvlərinin çıxışlarında deputatlar üçün qaranlıq qalan xeyli məsələnin açıqlandığını deyən müəllifin sözlərinə görə, qapalı sessiyada aydın oldu ki, SSRİ rəhbərliyinin müttəfiq respublikarda əl atdığı hərbi güc partiyanın sürətlə itirilməkdə olan mövqelərini xilas etmək məqsədi daşıyır. Bu planda xalqın istəyi ikinci planda saxlanılırdı.

SSRİ Ali Sovetinin sözügedən qapalı iclasında Bakı hadisələrini təhqiq edən Komisisyanın bəyanatını Naxçvan MSSR-dən deputat seçilmiş Qurban Abbasov oxuyub.

“Səhər tezdən yuxudan qalxan bakılıar üçün gözlərinin önündə dəhşətli mənzərə açılmışdı. Dinc sakinlərin qanına qərq olmuş asfalt, eybəcər hala salnımış meyidlər, güllə ilə dəlik-deşik edilmiş, yararsız hala salınmış maşınlar, gülləbaran edilmiş binalar və xəstəxanalar… Kim gözə dəyibsə, öldürülüb. Təcili yardlm maşınları tankla əzilib… Bu insanlıqdan kənar olan əməliyyata SSRİ müdafiə naziri Yazov və DİN naziri Bakatin rəhbərlik edib”– deyə bu bəyanatda qeyd olunub.

SSRİ xalq deputatı yazır ki, “Kommunist Partiyası xalqı qanına qəltan etməklə öz hakimiyyətini bir müddət də uzada bildi. Bir ildən sonra aydın oldu ki, bu artıq aqoniya imiş…”.

Mixali Qorbaçovun məhkəməyə çəkilməsi ilə bağlı son zamanlar səslənən ittihamalara toxunan keçmiş deputat vurğulayıb ki, onu mühakmə erdəcək ən böyük hakim tarix olacaq.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort