access_time Dərc olunub: 18:35
Fazil Məmmədov üç vəzifəni özündə saxlayır…

F.Məmmədov hazırda Velosiped İdmanı Federasiyası, Güləş Federasiyası və Otüstü Hokkey Federasiyasının prezidentidir

Bəs nazir postundan uzaqlaşdırılan F.Məmmədovun rəhbərlik etdiyi federasiyalardan da kənarlaşdırılacağı gözlənilirmi?

Modern.az-ın əməkdaşı bu sualla adları çəkilən federasiyalarla əlaqə saxlayıb. Hər üç qurumun cavabı üst-üstə düşüb: Fazil Məmmədovun federasiya rəhbərliyindən azad edilməsi ilə bağlı hansısa müzakirə aparılmayıb və məsələ hələ ki gündəmdə deyil.

I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Əsəd oğlu Məmmədov 1964-cü ildə Şamaxı rayonunda anadan olub.
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.
1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.
1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.
1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.
2000-ci il fevral ayının 11-də ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasının vergilər Naziri təyin edilib.
5 dekabr 2017-ci il tarixində vergilər naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.

Şərhlər