access_time Dərc olunub: 12:54
SSRİ və ABŞ arasında nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib

FaktXeber.com-un məlumatına görə, «dünyanın xilaskarı» adını alan Stanislav Petrov Moskvada 77 yaşında vəfat edib. Qeyd edək ki, sovet podpolkovniki 1983-cü ildə SSRİ və ABŞ arasında nüvə müharibəsinin qarşısını alıb.

Maraqlıdır ki, Rusiya KİV-i zabitin ölümü barədə bir neçə ay sonra xəbər verib. «Zvezda»ya məlumat verən mərhumun oğlu Dmitriy Petrov atasının may ayında vəfat etdiyini bildirib.

Xeyr, mən qəhrəman deyiləm. Bu sadəcə işimdən bir epizod idi"

Petrovun ölümü barədə ilk olaraq Almaniyanın WAZ nəşri məlumat vermişdi. Qəzetdə «Dünyanın xilaskarı öldü» başlıqlı nekroloq dərc olunmuşdu.

Amerikanın NYT nəşri ölüm səbəbi kimi pnevmaniyanı göstəriblər.

Qeyd edək ki, 1983-cü ilin sentyabr ayında Petrov ABŞ ərazisindən qitələrarası ballistik raketlərin buraxıldığı barədə məlumatı görüb. Lakin vaxtında xəbər ötürücülərin nasaz olduğu ehtimalını irəli sürüb. Sonda məlum olub ki, sistem Günəşin əks olunan şüasını Amerikanın qitələrarası raketi kimi qəbul edib. Beləliklə Stanislav Petrov dünyanı nüvə faciəsindən və III Dünya müharibəsindən xilas edib...

Lakin gözlənildiyinin əksinə olaraq Stanislav Petrova heç bir orden, ya rütbə verilmədi. Onun özü bu barədə Komsomolskaya pravda-ya verdiyi müsahibəsində bildirirdi: «Yoxlama başlanıldı, bir sıra qanun pozuntuları aşkarlandı. Bundan sonra məni mükafatlandırmaqdan vaz keçdilər. Yapışdılar ki, döyüş jurnalı niyə doldurulmayıb. Deyirəm ki, mən bu necə etməli idi? Bir əlimdə telefonun dəstəyi, digərində mikrofon. Axı bu vaxtı mən əmrlər verirdim. Dedilər ki, bəs sonra niyə doldurmadın? Cavab verdim ki, sonradan yazmaq cinayət məsuliyyətidir, mən isə həbsə getmək istəmirəm…»

Bu hadisədən bir il sonra Petrov polkovnik poqonu almadan istefaya getdi. Dedi-qodulara rəğmən bu addıma səbəb onun həyat yoldaşının ciddi xəstələnməsi idi.

Nüvə müharibəsinin qarşısının alınması barədə məlumatlar isə 1993—ci ildə aşkar edildi.

Stanislav Yevqrafoviç özü bu barədə danışarkən deyirdi: «Mən dünyanı xilas etmişəm? Xeyr, mən qəhrəman deyiləm. Bu sadəcə işimdən bir epizod idi. Çox çətin olsa da, mən yaxşı işlədim, vəssəlam».

Onun barəsində Amerika və Avropa mətbuatı da yazdı. Petrovun sözlərinə görə, bir dəfə ona hətta Hollivud ulduzu Kevin Kostner də pul yollayıb: «Utanıram deməyə, amma o mənə Birləşmiş Ştatların yarısını Yer üzündən siləcək raketləri havaya qaldırmadığım üçün təşəkkür edirdi».

Yeri gəlmişkən qeyd edək ki, onun barəsində Kevin Kostnerin iştirakı ilə «Dünyanı xilas edən insan» adlı film çəkilib.

2006-cı ilin yanvarın 19-da BMT-nin mənzil qərargahında Stanislav Petrova «Dünya vətəndaşlarıv asossiasiyası» təşkilatı tərəfindən, 2012-ci ilin fevralın 24-də Baden Badendə Alman Kİv-ləri tərəfindən mükafat təqdim edildi, 2013-cü ilin fevralın 17-də o, silahlı münaqişələrinin qarşısını alanlar üçün təyin olunan Drezden mükafatına layiq görüldü.

Şərhlər