Tribuna İnformasiya Agentliyi-Tia.az

  Flaş Xəbərlər
  • Oteldə çılpaq gəzən müğənni-FOTOLAR   “Çox vaxt çılpaq gəzirəm”   Ledi Qaqa evdə və otel otağında çılpaq gəzməyi sevdiyini boynuna alıb. Geyimi ilə illərdir böyük səs-küyə səbəb olan Leydi Qaqa “style.com”a verdiyi müsahibəsində evdəykən çılpaq gəzməyə üstünlük verdiyini açıqlayıb. “Gündəlik həyatınızda əsasən necə geyinməyi sevirsiniz?” sualına 28 yaşlı popçu “oteldə çılpaq vəziyyətdə üz maskamla və telefonumla ortalıqda gəzişərək dəli kimi işləyirəm” deyib. Ledi Qaqa bu sözləri ilə Merlin Manronu xatırladıb. 36 yaşında intihar edən Merlin Manro verdiyi bir müsahibədə “yatağa girərkən nə geyinirsiz?”  sualına “sadəcə ətir vururam” demişdi. (ailem.az)
  • Bank işçisi özünə atəş açaraq öldürdü  “Makarov” tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib   Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə atəş açaraq intihar edib. Hadisə bu gün 12.00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.  Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus “Makarov” tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.(APA)
  • Qobustanda dəhşətli yol qəzası baş verib: 1 ölü, 8 yaralıQobustanda dəhşətli yol qəzası baş verib.   Hadisə bu gün axşam saatlarında Bakı- Şamaxı-Yevlax yolunun 83-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sərnişin daşıyan “Ford” markalı mikroavtobus, VAZ 2107 və VAZ 21099 markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölən şəxs VAZ 2107 markalı minik avtomobilinin sürücüsü, Qobustan rayon sakini 25 yaşlı Hünər Mehrəliyevdir. Xəsarət alanlar isə 26 yaşlı Səməndar Rəbiyev , 22 yaşlı Bəhrəm Dəmirov, 41 yaşlı Nailə Məmmədova, 20 yaşlı Südabə Əliyeva, 50 yaşlı Arzu Abdullayeva, 56 yaşlı Rafiq Adigözəlov, 23 yaşlı Zeyvur Ağamaliyeva və 25 yaşlı Nəriman Məmmədovdur. Onlar Qobustan rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır. (APA)
  • Prezident Azərbaycan xalqını təbrik edibAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib   tia.az-ın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır. Əziz bacı və qardaşlarım! Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.
  • Onu qaçıran oğlan tərəfindən yandırılan Saray sakini vəfat edibSumqayıtda baş vermiş dəhşətli olayda yanıq xəsarəti alan Lalə Xanıyeva xəstəxanada ölüb   Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Saray kənd sakini Lalə Xanıyeva bu gün səhər 07:05-də Sumqayıt şəhər Xəstəxanasında vəfat edib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum olayla bağlı məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, sentyabrın 30-da 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobili ilə qaçırıb. M.Yaqubov qaçırdığı qızı Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Lent.az)
   
Xəbər Lenti

01 oktyabr 2014

Bütün xəbərlər


Çox Oxunanlar

Təqvim

>>>>

Facebook

Tribuna İnformasiya Agentliyi
tia
saq